Hazırda faktla bağlı araşdırma aparılır
Bu gün saat 14:12 radələrində metronun “20 Yanvar” stansiyasında bir nəfər özünü qatar yoluna atıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AYNA-ya açıqlamasında faktı təsdiqləyib.
Bildirib ki, maşinist dərhal qatarı dayandırıb: "Kimliyi məlum olmayan oğlan qatar yolundan çıxarılıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Hadisə zamanı həmin şəxs xəsarət almayıb".
"Onun intihar məqsədilə özünü qatar yoluna atdığı dəqiq bilinmir. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə B.Məmmədli qeyd edib.