Hadisənin baş vermə səbəbi araşdırılır
Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qadın qatar xəttinin üzərinə düşüb.
AYNA-ya bu barədə“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Qadın aidiyyəti üzrə təhvil verilib, onun şəxsiyyəti və hadisənin baş vermə səbəbi araşdırılır", - deyə qurumun sözçüsü əlavə edib.
B.Məmmədovun bildirdiyinə görə, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb.