Bakı metrosuna işçi axtarılır

Xəbərlər

03.03.2020 - 10:47

Həkimlər Klinikalar SEO Xidməti

Əmək haqqı müsahibə zamanı dərəcəyə uyğun müəyyən edilir

 

"Bakı Metropoliteni" QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə SƏTƏMM mühəndisi tələb olunur.

 

QSC-dən AYNA-ya verilən məlumata görə, ərizələr elektron qaydada qəbul edilir

 

 Namizədlərə tələblər aşağıdakı kimidir:

 

• Ali texniki təhsil;


• Ən azı 2 il əlaqədar iş təcrübəsinin olması (Tikinti sahəsində təcrübə arzuolunandır);


• İxtisas üzrə sertifikatların mövcudluğu;


• Rus və ingilis dilini bilməsi arzuolunandır;


• Ms Office (Outlook, Word, Excel, Power Point) proqramlarında iş bacarığının olması;


• Qaydaların tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətcillik və insanlarla rahat münasibət qura bilməsi.

 

Vəzifə öhdəlikləri:


• Əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi, o cümlədən aşağıda sadalanan vəzifə və öhdəlikləri düzgün yerinə yetirmək;


• İşçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək, sənədləşmənin düzgünlüyünü təmin etmək;


• Bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq;


• Təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaları həyata keçirmək;


• Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq struktur vahidləri tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini nəzarətdə saxlamaq;


• SƏTƏMM yoxlamalarına aid hesabatlar tərtib etmək;


• Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
 

İş qrafiki: 5 günlük iş rejimi.

 

Əmək haqqı: müsahibə zamanı dərəcəyə uyğun müəyyən edilir.
 

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş