Çalışmanın yaş həddinə çatmış 25 direktorla müddətli əmək müqaviləsi bağlanıb
2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, həmçinin bir neçə direktorun iş yeri dəyişdirilib. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 12 nəfər direktor vəzifəsinə təyin olunub, 2 direktorun iş yeri dəyişdirilib.
Çalışmanın yaş həddinə çatmış 25 direktorla müddətli əmək müqaviləsi bağlanıb.