Bakı Kənar Dairəvi yol bağlanacaq

Xəbərlər

29.10.2024 - 12:52

cedabet dərman SEO Xidməti

Üç dövlət qurumu birgə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN), Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətləri birgə məlumat yayıb.

AYNA xəbər verir ki, birgə məlumatda deyilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Bu çərçivədə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan tədbirlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

Bununla əlaqədar sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş