Bakı-Ankara təyyarəsindəki mesajların pərdəarxası və yaxınlaşan zirvə toplantısı

Dünya

01.06.2022 - 22:20

Türkiyə bu istiqamətdə başqa bir addım atmayacaq, deyiləsi söz deyildi, qərar sizindir

“Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin başında olduğu müddətdə terror dəstək verən ölkələrin NATO-ya üzv olmasına razılıq verməyəcəyik”.

Prezident Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə bir konkret mövqe ortaya qoydu. Bu açıq mövqe öz arxası ilə “Nə baş verir”, “Türkiyə ilə Qərb arasında yeni bir böhranmı yaşanır” sual-narahatlıqlarını gətirdi.

Görüşlərdə nələr oldu?

Finlandiya və İsveç nümayəndə heyətləri ilə görüşlərdə Türkiyə öz tələblərini açıq bir şəkildə ortaya qoydu. Zatən Prezidentin sözçüsü İbrahim Kalın bu tələblərin ana xəttini açıqlamışdı. Belə ki:

- Terror təşkilatları və iki ölkənin terror təşkilatlarına verdiyi dəstək sənədli-sübutlu şəkildə heyətlərin önünə qoyuldu;

- Terrorçuların təhvil verilməsi tələbinə müsbət cavab alınmadığı bildirildi, onların təhvil verilməsi istənildi;

- Bəyan edildi ki, PKK, PYD, YPG hər iki ölkədə xüsusi dərnəklər vasitəsilə maliyyə vəsaiti toplayır, terrorçu yetişdirir;

- Türkiyəyə qarşı gizli-aşkar sanksiyaların qaldırılması tələb olundu.

Dərhal yetərli addım və konkret təqvim tələbi

Ankaranın açıqlamasına görə, Finlandiya və İsveçin məsələyə yanaşması “danışdıq və xoş niyyətlərimizi masada dilə gətirdik” şəklindədir. Yəni hər iki ölkənin təmsilçiləri “narahatlığınızı anlayırıq, əlimizdən gələni edəcəyik” deməklə kifayətləniblər.

Lakin bu vəziyyət Ankranı, təbii olaraq, qane etmədi. Türkiyə gözləntisini açıq bir formada dilə gətirdi: “Orta və uzun müddət kimi anlayış yoxdur. Gözləntimiz hər iki ölkənin dərhal hərəkətə keçməsi, Türkiyənin tələblərini yerinə yetirməsi və bunun nə vaxt baş verəcəyinə dair konkret tarixi bütün beynəlxalq aləmə elan etməlidir”.

Yeni oyun planı – Madrid zirvəsi

Ankara hesab edir ki, ABŞ, Finlandiya və İsveçin yeni oyun planı iyun ayında keçiriləcək NATO Madir Liderlər Zirvəsi üzərində qurulub. Gözləntilərə görə, sözügedən iki ölkə ilk görüşdəki nümayəndə heyətlərinin yenidən görüşməsini istəyəcək, sonra nazirlər səviyyəsində başqa bir görüş tələb edəcək.

Lakin Madrid Zirvəsində Ərdoğanın onlara “Hə” deməsi üçün bir “mühasirə planı” hazırlandığı gözlənilir. Yəni, “Heç olmasa, iki ölkənin üzvlüyü üçün proses başlasın, sonra gerisinə baxarıq” kimi.

Sükan arxasında ABŞ-dır

Hər iki ölkənin nümayəndələri görüşlərdə “PKK bizim terror təşkilatları siyahımızdadır, amma YPG və PYD deyil” münasibəti sərgilədilər. Bəlli ki, bu ölkələr ABŞ ilə eyni ssenari üzrə hərəkət edir.

Bu vəziyyət qarşısında Ankranın göstərdiyi reaksiya belədir: “ABŞ-ın uydurduğu yalanı qəbul etməyimizi gözləməyin. PYD və YPG-nin terrorçu fəaliyyətləri ilə bağlı faktlar sizing kəşfiyyat qurumlarınızın hesabatlarında da yer alır”.

Bundan başqa, Finlandiya və İsveç nümayəndələrinə “terror romantikləşdirməyin” xəbərdarlığı edildi. Hər iki ölkədəki, o cümlədən bəzi Qərb ölkələrindəki “İŞİD ilə mübarizə aparan qadın döyüşçülər” xəbərləri sübut göstərildi və belə bir sual ünvanlandı: “Bütün beynəlxalq qurumlarda PYD/YPG-nin törətdiyi müharibə cinayətlərinə dair hesabatlar var. Uşaq oğurluğundan tutmuş insanları yurd-yuvalarından didərgin salmağa, qətllərə qədər uzanan bir şəbəkə cinayəti mövcuddur. Bu hesabatları niyə gözardı edirsiniz?”.

Amma İsveç ve Finlandiya heyətlərinin bu suallar qarşısında səsləri çıxmadı.

ABŞ-ın “PKK ilə YPG ayrıdır” açıqlamasına PKK-dan reaksiya

Ankara həm nümayəndə heyətlərinin görüşlərində, həm də ikitərəfli görüşlərdə amerikalıların PKK ilə YPG-ni ayrı tutmasına PKK-dan etiraz gəldiyini də bəyan edir. Yuxarı səviyyəli rəsmilərin açıqlamalarına görə, ABŞ-ın bir dönəm PKK ilə YPG-ni ayrı tutmaq cəhdinə PKK-dan rədd cavabı gəlib ki, məsələyə PKK-nın “bəli” deməsini gözləmək də sadəlövhlük olardı.

Türkiyə yeni bir addım atmayacaq

Artıq Türkiyə İsveç və Finlandiya mövzusunda bir addım atmayacaq. Deyiləsi söz deyildi, bu mesajlar ABŞ-da çatdırıldı, çatdırılır. Bundan sonrası İsveç və Finlandiyanın qərarına bağlıdır. Əgər qaneedici addım atar və bir tarix açıqlayarlarsa, Ankara mövqeyini ona görə formalaşdıracaq...

Müəllif: Hande Fırat

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli