Azərbaycanlı İsveçdə qətlə yetirilib

Hadisə

24.10.2021 - 19:02

Həkimlər Klinikalar SEO Xidməti

Soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsi 43 yaşlı azərbaycanlı Ramil Mahmudovun yaşadığı İsveç Krallığının paytaxtı Stokholm şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələni nəzarətə götürüb. AYNA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Dövlət Komitəsi mərhumun ailəsinə cənazənin Azərbaycana gətirilməsi üçün dəstək göstərəcəyini bildirib.

Komitəyə minnətdarlığını bildirən ailə üzvləri cənazənin Azərbaycana gətirilmə xərclərinin mərhumun sürücü kimi çalışdığı yükdaşıma şirkəti tərəfindən ödəniləcəyini bildirib.

 “Məsələ Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin diqqətindədir və mərhumun ailəsinə istənilən an lazım olan köməklik göstəriləcək. Hadisə ilə bağlı cinayət işinin obyektiv şəkildə araşdırılacağına inanırıq”, - Komitənin məlumatında deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş