Azərbaycanlı həkimdən koronavirus çağırışı: <font color=red> “Nəticə neqativ çıxsa belə...”</font>

Cəmiyyət

17.06.2020 - 12:02

Ülviyyə Zeynalova: “Hər deyilən sözə yox, sırf tibbi əsası olan məlumatlara inanmaq lazımdır”

 

1918-ci il iyunun 17-də Xudadat bəy Rəfibəylinin rəhbərliyi ilə Azərbaycanın ilk Səhiyyə Nazirliyi yaradılanda, qurumun qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərin qarşısını almaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu. Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər istedadlı gənc arasında həkimlik ixtisasına yiyələnənlər də var idi. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığı keşiyində duran minlərlə səhiyyə işçisi var.

 

Mərhum Prezident Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. Bu bayram günü qərara gəldik ki, rəsmiyyətdən, həkimlərə həsr edilən hekayə və şeir romantikasından uzaq olaq və doğrudan geyindiyi ağ xalatı xalqı üçün sipər edən həkimlərin birini danışdıraq.

 

Ülviyyə Zeynalova koronavirusla mübarizədə ön cəbhədə dayanan həkimlərimizdəndir. 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinin cərrahı Ülviyyə xanımla müsahibə üçün ilk zəng etdiyimizdə əməliyyata hazırlaşdığını və xəstələrinin çox olduğunu bildirdi. Səsindəki titrəyişdən hiss olunurdu ki, təlaşlı və qayğılıdır. Sonrakı təyin olunmuş vaxtda baş tutan müsahibəmizi təqdim edirik.

Aləmdə Nəsib