Azərbaycanlı alim: "Meymun çiçəyi" virusunun epidemik yayılma ehtimalı yoxdur"

Aktual

20.05.2022 - 19:56

Həkimlər Klinikalar SEO Xidməti

“Meymun çiçəyi” virusu "Orthopoxvirus"lar ailəsinin insanlara yoluxa bilən 4 növündən biridir. Onun insanlarda ilk dəfə tapılmasından düz 50 il 49 gün vaxt keçir. Yəni bu müddətdə o, insanlar arasında epidemik yayılmaya səbəb olmayıbsa, hazırda bu halın başvermə ehtimalı yoxdur. Bunu, hətta virusun uzunluğu 220 nuklein əsaslı, burulmuş və qıvrılmış vəziyyətdə olan cüt zəncirli DNT-sinin genom strukturunun sıralanma ardıcıllığının ilkin təhlili belə, söyləməyə əsas verir.". AYNA xəbər verir ki, bunu tibb elmləri üzrə doktor, professor Musa Qəniyev "Facebook" hesabından yazıb.

"Ola bilər ki, mənim dediklərimin əksi olaraq, “Meymun çiçəyi” virusunun indiyə qədər yayılmamasının səbəbini, insanların “Təbii çiçəyə” qarşı peyvənd almaları ilə izah etsinlər ("Təbii çiçəyə” qarşı peyvənd, həm də “Meymun çiçəyi” virusuna qarşı baryerdir). Xatırlatmaq istəyirəm ki, 1980-cı ildən sonra, yəni düz 42 ildir ki, insanlar "Təbii çiçək" virusuna qarşı peyvənd olunmurlar. Halbuki, 1980-cı ildən günümüzə qədər, dövrü olaraq, hər 2-4 ildən bir, sporadik olsa da, “Meymun çiçəyi” virusuna dünyanın müxtəlif ölkələrində yoluxma halı olur. Bunlardan ən böyüyü 2003-cü ildə ABŞ-da (81 nəfər) və 2017-ci ildə isə Nigeriyada (172 nəfər) qeydə alınıb. Lakin ölüm faktı müşahidə olunmayıb", - deyə o həmçinin yazısında qeyd edib.

Alim bildirib ki, bunları insanlar arasında son narahatlığı nəzərə alaraq ifadə edib: "Yazdım ki, biləsiniz: Hazırda meymun, inək və sair və ilaxır kimi viruslarla bağlı, ölkəmizdə narahatlıq doğura biləcək, qorxulu epidemioloji vəziyyət yoxdur və heç bir vaxt da olmayacaq".

"Yadda saxlayın: “İstər bu gün, istərsə də gələcəkdə, virus infeksiyaları ilə mübarizənin strategiya və taktikasının düzgün qurulması,yalnız və yalnız, COVID-19 pandemiyası zamanı buraxılan səhvlərin təkrarlanmamasını - ilk növbədə, əhalinin düzgün maarifləndirilməsi, düzgün elmi-təhlili yanaşma və professional həkim kadrlarının düzgün seçimi və düzgün dəyərləndirilməsini tələb edir", - deyə o, sonda qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş