Azərbaycanla Serbiya arasında yeni saziş təsdiqlənib

Xəbərlər

19.12.2023 - 16:14

Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirə edilərək qəbul olunub

Azərbaycan ilə Serbiya arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı saziş təsdiq edilib.

AYNA xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Saziş 2023-cü il noyabrın 7-də Serbiyanın paytaxtı Belqrad şəhərində imzalanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş