Azərbaycanın veteran futbolçusunu maşın vuraraq öldürüb

Hadisə

01.06.2021 - 16:04

Səmədağa Şıxlarov hadisə yerindəcə dünyasını dəyişib

 

“Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarov vəfat edib. AYNA xəbər verir ki, bu barədə apasport.az saytına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

 

O bildirib ki, 66 yaşlı futbol veteranını avtomobil vurub. Hadisə bu gün Həsən Əliyev küçəsindəki evinin yaxınlığında baş verib. Şıxlarov hadisə yerindəcə dünyasını dəyişib.

 

Qeyd edək ki, Şıxlarov 1974, 1977-80, 1982-84-cü illərdə “Neftçi”nin şərəfini qoruyub.

 

O, həmçinin Sumqayıt “Xəzər”i, Mingəçevir “Avtomobilçi”si, Kiyev OİK-i, Gəncə “Kəpəz”i və Siyəzən “Çıraqqala”sında forma geyinib.

 

1982-ci ildə SSRİ Olimpiya yığmasında da cəlb olunan Şıxlarov karyerasının sonlarında “Neftçi”nin futzal komandasında da oynayıb.

Müəllif: Ayna.az