“Azərbaycanın tərəf müqabili Ermənistan deyil, Türkiyə və Rusiyadır”

Siyasət

08.12.2020 - 13:30

Tofiq Zülfüqarov: “Biz Ermənistanı müzakirə, ya da başqa tərəf kimi görmək istəmirik”

 

Tofiq Abbasov: “Ermənistan hökuməti mənfi şəraitdə müsbət çalarlar yaratmağa çalışır”

 

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan 10 noyabr razılaşmasının Qarabağ konfliktinin “son və uzunmüddətli” həllini əhatə etmədiyini deyib. O, ATƏT XİN başçıları şurasının iclasındakı çıxışında Qarabağ konfliktinin həlli və regional sülh üçün “4 şərt” səsləndirib. Bildirib ki, Qarabağ konfliktinin həlli yalnız xalqların öz müqəddəratını müəyyənləşdirməsi prinsipi və “Artsax xalqının” təhlükəsizliyi ilə mümkündür: “Ərazinin işğaldan azad edilməsi, erməni qaçqınların təhlükəsiz halda geri qayıtması təmin edilməlidir, Azərbaycanın nəzarətində olan erməni mədəni-dini abidələrinin qorunması vacib şərtdir və danışıqlar yalnız Minsk Qrupu formatında aparılmalıdır. Çünki yalnız bu format münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq mandata sahibdir”.

 

Mövzunu AYNA-ya şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ayvazyanın bəyanatını ciddi hesab etmir: “Çünki onun başqa formada danışmasını gözlmək də olmazdı. Məsələ ondan ibarətdir ki, Azərbaycan tərəfi Ermənistan-Azərbaycan sərhədini tam nazərətə götürüb. Bu baxımdan da Ermənistanla Azərbaycan arasında olan məsələləri ikitərəfli danışıqlarla həll etmək olar. Amma onlar bunu istəyirmi - bu, sual altındadır”.

Tofiq Zülfüqarov — Vikipediya

“Bu məsələlərə də sərhəd boyu təhlükəsizlik meyarlarnın qorunmasının müzakirəsi, Azərbaycandan Naxçıvana gedən kommunikasiya yolunun bərpası, istifadəsi və s. məsələlər daxildir. O ki qaldı Ermənistan tərəfinin açıqlamalarına, biz Ermənistanı müzakirə, ya da başqa tərəf kimi görmək istəmirik. Çünki onların hərbi işğalına hələ təzəliklə son qoyulub. Ona görə də onların rəyi bizi maraqlandırmır. Bu məsələ artıq Azərbaycann daxili məsələsidir və biz bu məsələlərdə tərəfdaş kimi Rusiyanı və Türiyəni görürük. Onlarla bəzi məsələləri müzakirə edə bilərik, amma Ermənistanla yox”, - sabiq naziri bildirib.

 

Politoloq Tofiq Abbasov da AYNA-ya şərhində, sözügedən açıqlamanı qeyri-ciddi adlandırıb: “Bu kimi məsələlərdə Ermənistan üçün heç bir cəsarət mənbəyinin yoxdur. Çünki onlar bütün göstəricilərdə Azərbaycana ciddi şəkildə məğlub olublar. Ayvazyan kimi adamlar da vəzifəyə yeni təyin ediliblər deyə, köhnə erməni bazarına təzə müdirlər kimi daxil olmaq istəyirlər. Buna görə də ruhverici terminlər işlədərək, guya, yeni tendensiyalardan çıxış edərək, əlsində köhnə arqumentləri gündəmə gətirirlər”.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - İki  sahil

“Amma onların fikirləri artıq tarixə qovuşub və bu fikirlərin heç bir mahiyyəti qalmayıb. Çünki onlar vəziyyətdən yumşaq şəkildə çıxsaydılar, danışmağa dilləri olardı. Amma onlar bütün göstəricələrdə Azərbaycana məğlub olaraq bütün mövqelərini itirdilər. Hətta, ermənilərin çoxluq təşkil etdiyi keçmiş Dağlıq Qarabağın 1/3 hissəsini də itirməyə məcbur oldular”, - ekspert vurğulayıb.

 

Abbasovun fikrincə, Ermənistan hökuməti mənfi şəraitdə müsbət çalarlar yaratmağa çalışır: “İstəyirlər ki, birincisi öz seçicilərinə, yəni erməni cəmiyyətinə ruh versinlər, digər tərəfdən, göstərsinlər ki, onlar yeni adamlardır, yeni baxışları, yeni yanaşmaları var. Ancaq onların yeni yanaşmaları nədir, haradan qaynaqlanır - bu, sual doğurur. Çünki Ermənistanın məğlubiyyəti 200 illik müharibənin məğlubiyyətidir. 200 il idi ki, onlar bizim torpaqlara köçürülüb və Azərbaycan xalqının boğazına keçiblər. Problemi də uzadıb elə bir həddə gətirdilər ki, nəticədə müxtəlif terror təşkilatları qurdular, terror sistemləri yaratdılar, hətta kilsələri belə, onlara mənəviyyat, tərbiyə öyrətmək əvəzinə, onları silahandıraraq terror aktları törətməyə vadar etdi”.

 

“Görün, onlar nə qədər mənfur millətdirlər ki, dini insitutları belə, xalqa çaşqınlıq öyrədir. Lakin onlar məğlubiyyətdən dərs çıxarmaq əvəzinə, yenə də qərəzli mövqe nümayiş etdirirlər. Azərbaycan dekabr ayının 10-da hərbi parad keçirəcək və bu, qaliblərin paradı olacaq. Çünki biz bütün dünyaya göstərdik ki, Azərbaycan torpaqlarının sahibi azərbaycanlılardı”, - politoloq qeyd edib.

 

Müsahibimiz onu da əlavə edib ki, Ermənistan hakimiyyəti yenə də mənfur niyyətə düşsə, cavabını artıqlamasıyla alacaq: “Prezident də onlara müraicələr etdi və ağıllı-başlı yaşamağa davam etməyi təklif etdi. Yox, hədlərini yenə aşsalar, yenə də başlarından zərbələr alacaqlar. Çünki onlara artıq heç bir imkan üçün yer qalmayıb. Özlərini normal aparsalar, ölkəmizdə yaşasınlar. Apara bilməslər, yenə də sərt cavablarını alacaqlar. Bunun başqa yolu yoxdur”.

Müəllif: Mərahim Nəsib