Ölkənin pul bazasının həcmi 14 milyard 44,2 milyon manat təşkil edib
2022-ci ilin yanvar ayının 31-nə Azərbaycanda manatla pul bazasının həcmi 14 milyard 44,2 milyon manat təşkil edib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Belə ki, pul bazasının həcmi aylıq müqayisədə 21,7 faiz azalıb, 2021-ci ilin yanvar ayının sonuna olan dövr ilə müqayisədə isə 9,9 faiz artıb.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonuna Azərbaycanda pul bazasının həcmi 17 milyard 937,6 milyon manat, 2021-cu ilin yanvar ayının sonuna Azərbaycanda pul bazasının həcmi 12 milyard 782 milyon manat təşkil edib.