Azərbaycanın Əməkdar artisti vəfat edib

Xəbərlər

28.03.2024 - 20:45

Əməkdar artist bu gün 78 yaşında vəfat edib

Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib. AYNA xəbər verir ki, bu barədə "Report"a aktyorun oğlu Rəşad Əliyev məlumat verib.

O qeyd edib ki, əməkdar artist bu gün 78 yaşında vəfat edib. O, sabah "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

Müəllif: Ayna.az