Nazirlər Kabineti karantin rejiminin müddətini uzadıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. AYNA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bu müddət 2 aprelə kimi nəzərdə tutulmuşdu.