Azərbaycanda vəkillərin sayı 2 min 777-yə çatacaq

Xəbərlər

18.07.2025 - 23:18

“Yeni qəbul olunmuş namizədlərdən 59-u kişi, 18-i qadındır”

2018-ci ildən indiyədək vəkilliyə qəbulla bağlı 15 test imtahanı keçirilib. Bu müddətdə 6 min 480 namizəd imtahanlarda iştirak edib. Onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb və and içərək Vəkillər Kollegiyasının (VK) üzvü olub.

AYNA.AZ xəbər verir ki, bunu VK-nın sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən kollegiyanın Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin andiçmə mərasimində çıxış edərkən bildirib.

O deyib ki, bugünkü tədbirdə vəkilliyə namizəd olan daha 77 nəfər andiçmə mərasimində iştirak edərək kollegiyaya üzv qəbul olunacaqlar. “Ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2 min 777-yə çatacaq. Yeni qəbul olunmuş namizədlərdən 59-u kişi, 18-i qadındır. Onlardan 7-i regionlarda, 70-i paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfər olacaq”, - deyə A. Bağırov diqqətə çatdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş