Azərbaycanda TRT-1-in yerüstü yayımı dayandırılıb

Xəbərlər

10.01.2022 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

"Yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılması məqsədəuyğun hesab olunmayıb"

Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) müraciət daxil olub. AYNA APA-ya istinadən xəbər verir ki, “Teleradio” İstehsal Birliyindən bildirilib.

Qeyd olunub ki, müraciətdə TRT-1-in Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb.

“Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1-in yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib”, - İB-dən bildirilib.

Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımı dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş