Azərbaycanda son sutkada daha 16 nəfər COVID-19-a yoluxub

Aktual

15.06.2022 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada Azərbaycanda COVID-19-dan ölən olmayıb 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 919 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 115 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 89 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 826, bu günə qədər isə ümumilikdə 6 929 541 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş