Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı <font color=red> AÇIQLANIB</font>

Xəbərlər

27.08.2020 - 16:22

cedabet dərman SEO Xidməti

137 nəfər YOLUXUB, 83 nəfər sağalıb, 2 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, aktiv xəstə sayı 1 956 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, ötən müddət ərzində isə ümumilikdə 898 492 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş