Azərbaycanda “Şimali Kipr Günləri” keçiriləcək

Xəbərlər

16.04.2026 - 13:35

Məqsəd Azərbaycan xalqını Kiprin mədəniyyəti, tarixi, turizmi və təbiəti ilə tanış etməkdir

İyun ayında Azərbaycanda “Şimali Kipr Günləri” keçiriləcək. AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, bunu Şimali Kiprin Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç bildirib.

Müşavir qeyd edib ki, məqsəd Azərbaycan xalqını Kiprin mədəniyyəti, tarixi, turizmi və təbiəti ilə tanış etməkdir.

"1 apreldə Azərbaycan Baş naziri Əli Əsədovla Şimali Kipr Baş naziri Ünal Üstel arasında keçirilən görüşdən sonra əlaqələrimiz daha da sürətlə genişlənməyə başlayıb. Həmçinin mədəniyyət və turizm sahələrində çoxşaxəli əlaqələri inkişaf etdirməyi hədəfləyirik. Bu məqsədlə tanınmış sənətçilərimizin və mədəniyyətimizi təmsil edən eksklüziv qonaqların iştirakı ilə “Kipr Günləri”nə hazırlıqlar görülür", - deyə o bildirib.

Serhan Aktunç xatırladıb ki, 2024-cü ildə Azərbaycanda Şimali Kipr Prezidentinin iştirakı ilə turizmə həsr olunmuş təqdimat günləri keçirilib və hazırkı "Kipr Günləri" daha da iddialı olacaq.

Qeyd etmək lazımdır ki, 15-16 aprel tarixlərində Ankarada Türk Dünyası Turizm Paytaxtı 2026 kampaniyası çərçivəsində 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi keçirilir. Turizm və otel sənayesi məsələlərinin müzakirə olunacağı tədbirdə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Bolqarıstan və Şimali Kiprdən mütəxəssislər və müvafiq rəsmi qurumların nümayəndələri iştirak edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş