Azərbaycanda meşə yanır

Hadisə

07.03.2020 - 15:01

Həkimlər Klinikalar SEO Xidməti

Əraziyə FHN və ETSN əməkdaşları cəlb edilib

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.​

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş