Azərbaycanda koronavirusa qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

01.06.2022 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada COVID-19 əleyhinə 2 720 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 720 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 344, üç və daha çox doza vaksin vurduranların sayı 1 788, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 200 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 726 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 348 193, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 219, üç və daha çox doza vaksin vurduranların sayı 3 282 722, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 032 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş