Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

14.04.2021 - 16:57

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfərdir

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 028 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 243 191, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 813 413, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 429 778 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Müəllif: Ayna.az