Azərbaycanda əsgər özünü güllələyib - <font color=red> RƏSMİ</font>

Hadisə

31.05.2021 - 11:48

Penitensiar Xidmətin əsgəri intihar edib

 

Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin əsgəri intihar edib. AYNA xəbər verir ki, bu barədə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Qeyd edilib ki, hadisə mayın 31-də saat 02:50 radələrində qeydə alınıb.

 

“Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün əsgəri, 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az