Azərbaycanda daha iki həkim COVID-19-dan vəfat edib

Xəbərlər

11.12.2020 - 12:21

Həkimlər Klinikalar SEO Xidməti

TƏBİB həkimlərin ölümü barədə məlumat yayıb

 

Azərbaycanda daha iki həkim koronovirusdan həyatını itirib. AYNA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi (TƏBİB) məlumat yayıb.

 

“8 saylı Şəhər Poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə.Əfəndiyev  adına 2 nömrəli  Şəhər Klinik Xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərimizdən idi. Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər”, - deyə TƏBİB-in məlumatında bildirilib.

 

Qeyd edək ki, bundan əvvəl də bir neçə həkim COVID-19-un qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş