Azərbaycanda daha 568 nəfərin COVID-19 testi müsbət çıxıb

Aktual

30.08.2022 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

612 koronavirus xəstəsi müalicə olunaraq sağalıb, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 568 yeni yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 812 816 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 799 479 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 532 nəfərdir.

Ölkədə son sutka ərzində 4 028, hazırkı dövrədək isə 7 151 214 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş