Azərbaycanda daha 16 nəfər COVID-19-a yoluxub

Aktual

01.05.2022 - 17:02

Həkimlər Klinikalar SEO Xidməti

Analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 578 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 781 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 88 nəfərdir.

Ölkədə son sutka ərzində 2 856, hazırkı dövrədək isə 6 817 342 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş