Azərbaycanda daha 117 nəfər koronavirusa yoluxub

Xəbərlər

18.09.2020 - 15:39

Bir nəfər vəfat edib, 135 sağalan var

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5898, ötən müddət ərzində isə ümumilikdə 1 041184 test aparılıb.

Müəllif: Ayna.az