Azərbaycanda COVID-19-la bağlı vəziyyət açıqlanıb

Aktual

06.06.2022 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 2 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 55 nəfərdir.

Ölkədə son sutka ərzində 1 833, hazırkı dövrədək isə 6 909 386 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş