Azərbaycanda COVID-19-la bağlı bugünkü STATİSTİKA

Aktual

27.06.2022 - 17:42

Daha 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 176 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 298 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 161 nəfərdir.

 

Müəllif: Ayna.az