Azərbaycanda COVID-19-la bağlı bugünkü STATİSTİKA

Aktual

23.06.2022 - 16:35

Son sutkada daha 26 nəfər koronavirusa yoluxub, vəfat edən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 206 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 167 nəfərdir.

Ölkədə son sutka ərzində 2 222, hazırkı dövrədək isə 6 947 820 test aparılıb.

Müəllif: Ayna.az