Azərbaycanda COVID-19-a sutkalıq yoluxma və ölüm sayı artıb

Aktual

06.02.2022 - 18:47

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 7 474 nəfər koronavirusa yoluxub, 25 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 474 yeni yoluxma faktı qeydə alınıb, 4 840 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 25 vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 698 654 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 646 378 nəfər müalicə olunaraq sağalıb, 8 871 nəfər vəfat edib, aktiv xəstə sayı 43 405 nəfərdir.

Ölkədə son sutka ərzində 19 043, hazırkı dövrədək isə 6 267 457 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş