Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı artır

Aktual

10.06.2022 - 16:36

Həkimlər Klinikalar SEO Xidməti

Daha 16 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.

Ölkədə son sutka ərzində 2 351, hazırkı dövrədək isə 6 918 939 test aparılıb.

Qeyd edək ki, bundan əvvəlki günlərdə koronavirusa sutkalıq yoluxma sayı 10-dan aşağı olurdu. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş