Azərbaycanda bir gündə 8 nəfər COVID-19-dan vəfat edib

Aktual

02.09.2022 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

Daha 437 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına .437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 8 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, 9 813 nəfər vəfat edib, aktiv xəstə sayı 3 346 nəfərdir.

Ölkədə son sutka ərzində 3 191, hazırkı dövrədək isə 7 162 508 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş