Azərbaycanda aktyor vəfat edib

Mədəniyyət

05.04.2021 - 18:08

Fikrət Məmmədov dünyasını dəyişib

 

Kinoaktyor Fikrət Məmmədov vəfat edib. AYNA xəbər verir ki, bu barədə APA-ya aktyor Namiq Ağayev bildirib.

 

O, F. Məmmədovun artıq dəfn olunduğunu deyib.

 

F. Məmmədov 1956-cı ildə Bakıda anadan olub. Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. O, “Axırıncı reys”, “Bağlı qapı”, “Cin mikrorayonda”, “Əlaqə”, “Fəryad”, “Park”, “Yaramaz” və başqa filmlərdə çəkilib.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az