Şair Əlisəmid Kürün səhhəti ağırlaşıb - Reanimasiyadıdır

Mədəniyyət

16.09.2025 - 17:21

"Nazirliyin şairi diqqətdə saxlamasını, mümkün köməyi göstərməsini xahiş edirəm"

"Müstəqillik illəri Azərbaycan şeirinin tanınmış nümayəndəsi,  görkəmli şair Əlisəmid Kürün səhhəti yaxşı deyil, təəssüf ki, ağırdır".

AYNA.AZ xəbər verir ki, bu sözləri şair Səlim Babullaoğlu sosial şəbəkədə yazıb.

Bildirib ki, şair hazırda Respublika Diaqnostika Mərkəzində reanimasiyadadır.

"Əlisəmid Kür ötən əsrin 90-cı illərindən başlayaraq ədəbi mühitdə həm öz şeirləri ilə dərin iz buraxıb, həm də ədəbi təşkilatıçılıq fəaliyyəti ilə xeyli  vacib işlər görüb. Vaxtilə əl-əl gəzən "Yol" ədəbiyyat qəzetinə rəhbərlik edib, neçə-neçə istedadlı imzanın üzə çıxmasına səbəb olub. "Xəzər" jurnalında çalışıb", Babullaoğlu qeyd edib. 

"Mən eyni zamanda, Mədəniyyət Nazirliyinin yetkili nümayəndələrinə, hörmətli  nazirimizə, cənab Adil Kərimliyə müraciət edir, nazirliyin şairi diqqətdə saxlamasını, mümkün köməyi göstərməsini xahiş edirəm.

Allah Əlisəmid Kürə kömək etsin, inşAllah!".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş