Azərbaycanda 33 sığorta agentinin lisenziyası dayandırıldı

İqtisadiyyat

13.04.2022 - 14:52

Həkimlər Klinikalar SEO Xidməti

Fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 33 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanın qüvvəsini 3 ay müddətinə dayandırıb. Bu barədə AYNA-ya AMB-dan bildirilib.

Qeyd edilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının 2022-ci il 12 aprel tarixli qərarı ilə siyahıda adları qeyd edilən fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş