Millət vəkili Baş nazirdən xahiş etdi: “Prezident qarşısında məsələ qaldırın”

İqtisadiyyat

26.11.2020 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Vahid Əhmədov: “Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar”

 

Milli Məclisin bu gün keçirilən iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müddətinin daha 1 il uzadılması təklif edilib. AYNA-nın xəbərinə görə, bu barədə təklifi iqtisadçı deputat Vahid Əhmədov səsləndirib.

 

Millət vəkili bildirib ki, bu qanun layihəsinin müddəti dekabrın 4-də bitir: “Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadi layihələr həyata keçiririk. Bundan əlavə, ölkədə pandemiya tüğyan edir. Buna görə də, həmin qanun layihəsini 1 il müddətinə uzatmalıyıq”.

 

“Bildiyimə görə, sabah Maliyyə Sabitliyi Şurasının iclası keçirilməlidir. Cənab Baş nazirdən xahiş edirəm ki, qanunun müddətinin uzadılması ilə bağlı Prezident qarşısında məsələ qaldırsın. Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar”, - deyə V.Əhmədov söyləyib.

Müəllif: Ayna.az