Azərbaycana payız bu tarixdə daxil olacaq

Xəbərlər

21.09.2022 - 13:12

Sentyabrın 23-də ölkəmizə payız fəsli daxil olacaq

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:03-də daxil olacaq. Payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin Şimal yarımkürəsində payız fəsli başlayacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AYNA-ya verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.

Qeyd edək ki, Şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-si saat 01:48-də qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətiricək. Bu zaman Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş