“Azərbaycana 12 nəfər təhvil verilib” - <font color=red> Rüstəm Muradov</font>

Siyasət

15.12.2020 - 04:14

Həkimlər Klinikalar SEO Xidməti

Rüstəm Muradov əsirlərin təhvil verilməsindən danışıb

 

“Azərbaycanın səlahiyyətli orqanlarına 12 nəfər təhvil verilib”.

 

AYNA xəbər verir ki, bunu Qarabağda Rusiya sülhməramlıları kontingentinin komandiri general-leytenant Rüstəm Muradov deyib.

 

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli üçtərəfli bəyanatına əsasən “hamının hamıya” prinsipi əsasında əsirlərin dəyişdirilməsi prosesi həyata keçirilib. Şəxsi nəzarətim altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə 12 nəfər Bakıya çatdırılıb və Azərbaycanın səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib. Azərbaycan tərəfi isə Ermənistan tərəfinə 44 nəfəri qaytarıb”, - deyə Muradov bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş