Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Siyasət

23.08.2022 - 20:36

Həkimlər Klinikalar SEO Xidməti

Telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə AYNA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Telefon danışığı zamanı nazirlər cari regional vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə beynəlxalq platformalarda fəaliyyət məsələləri müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş