Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Xəbərlər

16.02.2022 - 16:51

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov Çavuşoğlunu Azərbaycana dəvət edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib. 

Qeyd edilib ki, C.Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

XİN başçısı həmçinin qısa müddətdə Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş