Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

Siyasət

06.11.2021 - 17:53

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov: "İrandan olan hörmətli həmkarımla telefon danışığımız oldu"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.

AYNA-nın məlumatına görə, bunu C.Bayramov "Twitter" səhifəsində yazıb.

"İrandan olan hörmətli həmkarımla telefon danışığımız oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik", - nazir bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş