Azərbaycan və Gürcüstan rəsmiləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Xəbərlər

24.05.2026 - 16:36

Səfir Faiq Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Geka Geladze ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Geka Geladze ilə görüşüb. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DTX-dən bildirilib.

Qeyd olunub ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığı müzakirə ediblər. Təhlükəsizlik sahəsində tərəfdaşlıq və əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İki ölkənin təhlükəsizlik xidmətləri arasındakı mövcud güclü əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş