Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək

Xəbərlər

31.05.2021 - 14:37

13-cü yüksək səviyyəli hərbi dialoq iclası iyunun 3-də işə başlayacaq

 

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclası işə başlayacaq.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək.

 

Tərəflər hərbi və müdafiə sahəsində inkişaf perspektivlərini və əsas fəaliyyət istiqamətlərini də nəzərdən keçirəcəklər.

Müəllif: Ayna.az