Azərbaycan, Türkiyə və İran XİN başçıları arasında üçtərəfli görüş olacaq

Xəbərlər

28.06.2022 - 15:58

Çavuşoğlu Tehranda keçiriləcək görüşün dəqiq tarixini açıqlamayıb

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında növbəti üçtərəfli görüş keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir qeyd edib ki, iclas İranın paytaxtı Tehranda baş tutacaq.

Görüşün bu il ərzində keçirilməsi nəzərdə tutulsa da, Çavuşoğlu dəqiq tarix açıqlamayıb.

Müəllif: Ayna.az