“Azərbaycan torpaqları Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilir”

Xəbərlər

04.04.2024 - 11:08

cedabet dərman SEO Xidməti

Hikmət Hacıyev:  “Minalar mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir”

“Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri İrəvan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilir”. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb.

“Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında uşaqlarla yanaşı, mülki şəxslər də var”, - deyə o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş