“Azərbaycan seçkilərə yaxşı hazırlaşıb” - Kobitski

Siyasət

07.02.2024 - 09:43

Həkimlər Klinikalar SEO Xidməti

Baş katib: “Seçki kampaniyasına hazırlıq yüksək səviyyədə aparılıb

“Azərbaycanda seçkilər bütün demokratik normalara, standartlara tam uyğundur. Ölkədə seçki kampaniyasına hazırlıq yüksək səviyyədə aparılıb. Bunu namizədlər, seçki prosesinin təşkilatçıları, o cümlədən Mərkəzi Seçki Komissiyası ilə görüşlər də təsdiqləyib”.

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski deyib.

“Xarici İşlər Nazirliyində, parlamentdə də görüşlər keçirdik. Ona görə də indi belə qənaətə gələ bilərik ki, ölkə seçkilərə yaxşı hazırlaşıb”, - deyə o bildirib.

Baş katibin sözlərinə görə, MDB Parlamentlərarası Assambleyası 30 ildir ki, seçki müşahidə edir: “Bu il biz belə bir yubileyi qeyd edirik. Müşahidənin daha obyektiv və prosesin bütün iştirakçıları üçün daha anlaşıqlı olması üçün 2006-cı ildə Demokratiyanın İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun yaradılması qərara alınıb. 2005-ci ildə elə burada, Bakıda qəbul olunub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş