Azərbaycan Pakistana 2 milyon dollarlıq yardım göstərəcək

Siyasət

27.08.2022 - 18:51

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Pakistana yardım göstərilməsi barədə tapşırıq verib

Azərbaycan Pakistana 2 milyon dollar məbləğində yardım göstərəcək. Bu barədə AYNA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş