“Hakimiyyəti dəyişmək üçün elitaların dəyişməsi lazımdır”

Siyasət

31.07.2019 - 15:14

Erkin Qədirli: “Baltik ölkələrini çıxmaq şərtilə, postsovet ölkələrin hələ heç birində hakimiyyət keyfiyyətcə dəyişməyib”

 

“Xalqın küçələrə çıxmasıyla hakimiyyət dəyişmir. Xalq hökuməti dəyişə bilər (seçki və ya inqilab)”.

 

AYNA xəbər verir ki, bu fikirləri şəxsi “Facebook” səhifəsində Respublikaçı Alternativ Partiyasının (REAL) Xarici Əlaqələr Katibi Erkin Qədirli paylaşıb. O yazıb ki, hakimiyyəti dəyişmək üçün elitaların keyfiyyətcə dəyişməsi lazımdır.

 

“Mən bu məsələdə elitistəm. Elitaların dəyişməsi üçün kontr-elitaların yetişməsinə ehtiyac var. Kontr-elita elitanın öz içində də yetişə bilər, onun bayırında da”, - siyasətçi bildirib.

 

Əlavə edib ki, Baltik ölkələrini çıxmaq şərtilə, postsovet ölkələrin hələ heç birində hakimiyyət keyfiyyətcə dəyişməyib: “Hökumətləri (prezidentləri) dəfələrlə dəyişmiş ölkələrdə belə, buna nail ola bilməyiblər. Elitaların yetişməsi uzun zaman alır”.

Müəllif: Ayna.az